
“Fəthullah Terror Təşkilatı”nın (FETÖ) lideri Fəthullah Gülən ABŞ-ın onu Türkiyəyə verməyəcəyinə əmindir.
Publika.az xəbər verir ki, bu haqda FETÖ liderinin özü “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.
“Düşünmürəm ki, ABŞ prezidenti, istər respublikaçı, istərsə də demokrat, bu mənasız tələbə tabe olaraq dünyada ABŞ-ın reputasiyasını ləkələməyə risk etsin”, - Gülən deyib.
O hesab edir ki, Amerika hakimiyyəti onun ekstradisiyası haqqında Türkiyənin tələbləri barəsində uyğun hüquqi prosedura riayət edəcək.
“Mən özüm üçün narahat olmuram”, - FETÖ lideri əlavə edib.
Qeyd edək ki, Fəthullah Gülən 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə bir nömrəli şübhəlidir. Türkiyə onun dövlət çevrilişinə cəhddə iştirakını sübut edən dəlilləri toplayaraq ABŞ-a təqdim edib. Lakin Vaşinqton Gülənin ekstradisiyasına müsbət yanaşmır.
Ömər Dağlı