• USD 1,7000 0,00% EUR 2,0695 0,00%
    • GBP 2,3318 0,00% RUB 0,0230 0,00%

Meteorit oğrusu tapıldı

  • Dünya
  • 18 İyul 2017 18:45
  • 573 Baxış
Meteorit oğrusu tapıldı

FTX idarəsinin əməkdaşları Çelyabinskdə Dövlət Tarix Muzeyindən itkin düşmüş meteorit parçasını tapıblar. Bu barədə bugün mətbuata Federal Təhlükəsizlik Xidmətinin regional idarəsindən məlumat verilib.

Publika.az bildirir ki, muzeyin rəhbərliyi 2013-ci il fevralın 15-də vilayətin ərazisinə düşən meteorit parçasının iyunun əvvəlində itməsi barədə polisə ərizə ilə müraciət edib.

Operativ axtarış tədbirləri nəticəsində eksponatın yerini müəyyən etmək mümkün olub. Çəkisi təxminən 2.5 kiloqram olan meteorit parçası muzeyə konsultativ yardım göstərən geoloqun şəxsi kolleksiyasında aşkar olunub. Qeyd edək ki, bir kiloqram meteoritin bazar dəyəri 1 milyon rubldan çoxdur.

Federal Agentlik bildirir ki, muzeyin talanması ilə bağlı bir sıra sabiq əməkdaş cinayət işində ittiham oluna ola bilər.

Məlumat üçün bildirək ki, 2013-ci il fevralın 15-də, Yerin atmosferinə meteorit daxil olub. Yerə çatmamış 30-50 kilometr hündürlükdə məhv olan meteoritin qırıntıları Çelyabinsk vilayətinin ərazisinə düşüb. Yeri gəlmişkən, Çelyabinsk Diyarşünaslıq Muzeyində saxlanılan, kütləsi 500 kiloqramdan artıq olan bir meteorit parçası dünyada ən böyük sayılır.

Zaur H.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR