Pentaqon Rusiyaya hərbi cavab verməyə hazırlaşır
Bizi izləyin

Dünya

Pentaqon Rusiyaya hərbi cavab verməyə hazırlaşır

ABŞ orta və kiçik mənzilli raketlərin qadağası haqqında müqavilənin (RSMD) pozulmasına cavab olaraq, orta hərəkət radiuslu raketlərini yerləşdirməyə hazırdır.

Publika.az “Röyters” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini general Pol Selva deyib.

O, Senatda keçirilən dinləmələrdə bildirib ki, RSMD müqaviləsinin Rusiya tərəfindən pozulması ilə əlaqədar olaraq Pentaqon həm diplomatik, həm də hərbi xarakterli addımlar atmaq niyyətindədir.

“Bizim qiymətləndirməmizə görə, ruslar artıq RSMD müqaviləsinin çərçivəsindən çıxıblar. Onlar artıq orta hərəkət radiuslu qanadlı raketləri yerləşdiriblər. Bu raketlər həm adi, həm də nüvə döyüş başlığı daşıya bilir”, - general vurğulayıb.

Qeyd edək ki, RSMD üzrə müqavilə tərəflərə 500 kilometrdən 5,5 min kilometrə qədər uçuş məsafəsi olan ballistik raketlərə və qanadlı raketlərə malik olmağı qadağan edir. Rusiya və ABŞ 1987-ci ildə imzalanmış müqavilənin pozulmasında qarşılıqlı şəkildə bir-birini ittiham edir. ABŞ-ın narahatlığı “İskəndər-M” 9K720 raketlərindən başqa “Rubej” RS-26 yeni strateji raketlərlə bağlıdır. Sonuncu orta uzaqlıqlı raket hesab edilir. Sınaqlardan keçirilən “Rubej”in uçuş məsafəsi təxminən 6000 kilometr təşkil edir və bu onu qitələrarası raket hesab etməyə imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm