40 neft buruğu İŞİD-dən alındı
Bizi izləyin

Dünya

40 neft buruğu İŞİD-dən alındı

Məlumatlara görə, əsas neftçıxarma əraziləri yenidən Dəməşqin nəzarəti altına keçir.

Publika.az xəbər verir ki, Suriya qoşunları iyul ayında Rakka əyaləti ərazisində yaraqlılardan daha 40 neft buruğunu azad edə bilib.

Neftçi-mühəndis Əli İbrahimin sözlərinə görə, onların əksəriyyəti qaçan terrorçular tərəfindən dağıdılıb.

“Minalardan təmizlənmə prosesindən sonra buruq nasosları bərpa üçün Həma şəhərinə göndəriləcək və artıq iyulun sonuna neft məntəqələrinin əksəriyyəti fəaliyyətini bərpa edə biləcək”, - deyə İbrahim Əli bildirib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm