İŞİD partizan savaşına hazırlaşır
Bizi izləyin

Dünya

İŞİD partizan savaşına hazırlaşır

İraq və kürd səlahiyyətliləri İŞİD-in verdiyi torpaq itkilərindən sonra strateji dəyişiklik etdiyini və partizan savaşına hazırlaşdığını iddia edir.

Publika.az xəbər verir ki, onlar “Routers” xəbər agentliyinə müsahibəsində İŞİD-in mövqeyini dəyişərək fərdi və kiçik qruplar şəklində hücum taktikasına geri dönəcəyini bildiriblər.

Mosul şəhəri ordu tərəfindən mühasirəyə alınmadan öncə bir neçə İŞİD komandiri və əsgəri şəhəri tərk edərək İraqın şimalındakı Hamrin dağlarına sığınıb. Bu bölgədən isə İraqın 4 fərqli əyalətinə daxil olma imkanı var. Həmin bölgəyə sığınan terrorçuların yeni əməliyyatlara hazırlaşdığı və bunun üçün hərbi bazalar qurduğu ehtimal edilir.

Səlahiyyətli şəxslərin verdiyi məlumata görə, İŞİD 2003-cü ildə Əl-qaidə terror təşkilatının İraq işğalından sonra həyata keçirdiyi siyasəti təkrar edəcək.

Bu haqda fikirlərini bölüşən terrorla mübarizə komandiri Lahur Talabani qarşıdan daha çətin günlərin gəldiyini deyib.

O bildirib ki, İŞİD gələcək planlarında sünni müsəlmanlardan istifadə etməyə çalışacaq.

İŞİD-in yeni dönəmdə Səddam Hüseyn dövründəki kəşfiyyatçıları lider olaraq aralarına qatacağı ehtimal edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm