• USD 1,7000 0,00% EUR 2,0695 +0,35%
    • GBP 2,3318 +0,24% RUB 0,0230 -0,87%

Peskov: "Putinin saatını fantastik qiymətə alan alıcı aldadılıb"

  • Dünya
  • 21 İyul 2017 17:38
  • 1 018 Baxış
Peskov: "Putinin saatını fantastik qiymətə alan alıcı aldadılıb"

Rusiya Prezidenti Vladimir Putinə aid olduğu iddia edilən saatın “Antiquorum” hərracında fantastik qiymətə satılmasından narahat olan Kreml sözçüsü Dmitri Peskov bu barədə açıqlama verib.

Publika.az xəbər verir ki, Peskov saatı 1.2 milyona alan alıcının aldadıldığını deyib.

Qeyd edək ki, titanium materialından hazırlanmış “Patek Philipp 5208P Triple Complication” saatı Putinin adına istehsal olunması sənədi ilə birgə satılıb.

Peskov “Putinin saatını satdığını iddia edən hərrac, çox güman ki, alıcını aldadıb. Çünki, həmin saatın Putinlə heç bir əlaqəsi yoxdur. Bu, bir marketinq taktikasıdır. Görünüşə görə çox uğurlu bir taktika olub.”

O, rus yazar İlya İlfin “12 stul” romanının baş qəhrəmanı olan, hər hadisəni öz lehinə çevirə bilən Ostap Bender xarakterini xatırlayıb:

“Belə bir yalanın içinə düşdüyü üçün alıcı adına çox üzüldüm. Ostap Bender hələ də iş başındadır”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR