Trampın mitinqində SSRİ bayrağı qaldırdılar - VİDEO
Bizi izləyin

Dünya

Trampın mitinqində SSRİ bayrağı qaldırdılar - VİDEO

ABŞ prezidenti Donald Tramp Ohayo əyalətinin Yunqstoun şəhərində təşkil etdiyi mitinqdə çıxış edərkən kütlə arasındakı bir nümayişçi prezidentə etiraz olaraq SSRİ bayrağı qaldırıb.

Publika.az xəbər verir ki, ABŞ televiziyalarında canlı yayımlanan mitinqdəki bu hərəkətə qarşı prezident “göstərməsəniz, kimsə onun burada olduğunu belə anlamaz” deyib.

Salondakı şəxslər tərəfindən əlindəki bayrağı aldıqdan sonra gənc etirazçı polis tərəfindən hadisə yerindən uzaqlaşdırılıb.

Tramp isə etirazçının arxasınca “Gəncdir. İndi anasının yanına gedəcək. Mərc gələ bilərəm ki, anası da mənə səs verib” deyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm