Səudiyyə Ərəbistanında 14 nəfər edama məhkum olundu
Bizi izləyin

Dünya

Səudiyyə Ərəbistanında 14 nəfər edama məhkum olundu

Səudiyyə Ərəbistanının Ali Məhkəməsi 14 vətəndaşı edam cəzasına məhkum edib.

Publika.az xəbər verir ki, edam ediləcək məhkumlar qanunlara qarşı silahlı üsyan, təhlükəsizlik qüvvələrinə hücum, Molotov kokteyli hazırlamaq, oğurluq və xalqı üsyana təşviq etmək kimi maddələrlə ittiham edilib.

Yerli mətbuatdan verilən xəbərə görə, edam cəzasına məhkum edilən vətəndaşların hamısı şiə məzhəbinə aid müsəlmanlardır.

Səudiyyə Ərəbistanı Ədliyyə Nazirliyi və Ali Məhkəmədən hökmlə bağlı hələ ki, heç bir açıqlama verilməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm