• USD 1,7000 0,00% EUR 2,0246 +0,42%
    • GBP 2,3650 +0,84% RUB 0,0233 0,00%

İranda güclü zəlzələ: 16 nəfər yaralandı

  • Dünya
  • 28 İyul 2017 15:38
  • 702 Baxış
İranda güclü zəlzələ: 16 nəfər yaralandı

Bu gün səhər İranın Həmədan əyalətinin Nəhavənd şəhərində 4,7 bal gücündə zəlzələ baş verib.

Publika.az APA-ya istinadən xəbər verir ki, yeraltı təkanların episentri Nəhavənd şəhərinin 4 kilometrliyində yerləşən Kuhani kəndinə təsadüf edib və 2 km dərinlikdə olub.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəlib. İnsanlar qorxaraq küçələrə axışıb. Müxtəlif səbəblərdən 16 nəfər yaralanıb və onlar xəstəxanaya yerləşdirilib.

Nəhavənd şəhərində bütün təhlükəsizlik qüvvələri və xilasedicilər hazırlıq vəziyyətinə gətirilib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR