Fətullah Gülənin Bill Klintona yazdığı məktublar ortaya çıxdı: SEKS QALMAQALI
Bizi izləyin

Dünya

Fətullah Gülənin Bill Klintona yazdığı məktublar ortaya çıxdı: SEKS QALMAQALI

Türkiyənin terrora dəstək verməsi iddiası ilə bağlanan “Zaman” qəzetinin yazarı Ali Ünalın cinayət işi haqqında yeni məhkəmə sənədləri hazırlanıb. Yeni sənədlərdə FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ABŞ prezidentləri ilə olan münasibətləri də yer alıb.

Publika.az xəbər verir ki, F.Gülənin Bill Klintona adının Monika Levinski ilə seks skandalına qarışması səbəbilə təsəlli məktubu göndərdiyi ortaya çıxıb.

Yazar Ali Ünal da Gülənin məktublarını tərcümə etməkdə ittiham edilib. O, terrorçu liderin katolik kilsəsinin ruhani lideri Papa II Con Paula, Tibetin sürgündə olan ruhani lideri Dalay Lamaya da məktublar yazdığını etiraf edib.

A.Ünalın ifadəsində yer alan faktlara görə, F.Gülən Bill Klintona prezident seçkilərində qalib gəlməsi səbəbilə təbrik məktubu da yazıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm