Köməkçisi Trampı devirməyə hazırlaşır – Yaxın günlərdə İMPİÇMENT ELAN EDİLƏCƏK
Bizi izləyin

Dünya

Köməkçisi Trampı devirməyə hazırlaşır – Yaxın günlərdə İMPİÇMENT ELAN EDİLƏCƏK

“Donald Tramp impiçment ediləcək, Maykl Pens özünün inauqurasiyasına hazırlaşır”.

Publika.az
xəbər verir ki, bu iddia ilə ABŞ-ın Nümayəndələr Palatasının xanım üzvü Maksin Uoters çıxış edib.

M.Uoters “Twitter” səhifəsində yazıb ki, vitse-prezident Maykl Pensin Trampı devirmək planı var.

“Trampı impiçmentini elan edəcəklər. Maykl Pensin keçid hökumətinə Rayan Priebus və Şon Specir rəhbərlik edəcək”, - deyə o vurğulayıb.

Qeyd edək ki, adıçəkilən hər iki şəxs bu yaxınlarda Tram Administrasiyasından çıxarılıb.

M.Uoters Tranpın qəti əleyhdarı kimi tanınır. ABŞ prezidentinin Rusiya ilə gizli əlaqələrində “seks kaseti”nin olması iddiasını da məhz Uoters irəli sürmüşdü.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm