Venesuelada vəziyyət daha da pisləşdi
Bizi izləyin

Dünya

Venesuelada vəziyyət daha da pisləşdi

Venesuelada aprelin 4-dən bu günədək davam edən aksiyalarda 120 nəfərə yaxın insan polislə qarşıdurmada dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Venesuelada parlament seçkilərinin nəticələrinə etiraz edən müxalif kütlə hökumət əleyhinə geniş etiraz aksiyaları başladıb. Etirazçılar seçkiyə hiylə qarışdığını iddia edirlər. Təkcə son iki gün ərzində polislə olan qarşıdurmalarda 10 nəfər dünyasını dəyişib.

İqtidar seçkidə iştirakın 41.53 % olduğunu bildirsə də, müxaliflər 20 milyon seçicidən sadəcə 2 milyon 480 min nəfərin səs verdiyini açıqlayıb.

Qeyd edək ki, Venesuelada aprelin 4-dən bu günədək davam edən aksiyalarda 120 nəfərə yaxın insan polislə qarşıdurmada dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm