ABŞ Maduroya qarşı sanksiya tətbiq etdi
Bizi izləyin

Dünya

ABŞ Maduroya qarşı sanksiya tətbiq etdi

ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduroya qarşı sanksiya tətbiq edib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sanksiyalara əsasən Maduronun ABŞ yurisdiksiyasına aid aktivləri dondurulur, ABŞ vətəndaşlarına onunla işgüzar əlaqədə olmaq yasaqlanır.

Bundan əvvəl ABŞ Venesuelada keçirilmiş Konstitusiya Assambleyasına seçkiləri tanımadığını bəyan edib.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirərək ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsini tələb edir. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm