Arvadını öldürmək istədi, amma... - TƏFƏRRÜAT (FOTO)
Bizi izləyin

Dünya

Arvadını öldürmək istədi, amma... - TƏFƏRRÜAT (FOTO)

Ankaradanın İmrahor bölgəsində yaşanan cinayət hadisəsinin təfərrüatları ortaya çıxıb.

Publika.az Türkiyə mətbuatına əsasən xəbər verir ki, hadisə zamanı avtomobildə olan iki nəfərdən biri ölüb, digəri isə yaralanıb. Mustafa həyat yoldaşını öldürmək üçün atasının evinin qarşısına gedib. Qadının evdən çıxmayacağını anladıqdan sonra qardaşının yanına gedərək hər şeyi etiraf edib.

Hadisə şahidlərindən biri, 27 yaşlı B.Züleyxanın şikayəti əsasında cinayətkarın kimliyi təsbit edilərək dərhal həbs olunub.

Polis əməkdaşları tərəfindən saxlanılan 26 yaşlı cinayətkar hadisəni təsadüfən törətdiyini bildirib: "Mən içkili idim. Niyyətim onları yox, arvadımı öldürmək idi. İki nəfər avtomobildə söhbət edirdi. Ordan keçəndə oğlan mənə "rədd ol burdan" dedi. Əsəbiləşdim bir anda atəş açdım".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm