Həbsxanada qiyam
Bizi izləyin

Dünya

Həbsxanada qiyam

İngiltərədə, Hardfordşir qraflığında həbsxanaların birində qiyam baş verib.

Publika.az bildirir ki, məhbuslar binanın iki qanadını ələ keçirə biliblər. Məlumatı Britaniya Ədliyyə Nazirliyi təsdiqləyib.

Vəziyyətin nizamlanması üçün hadisə yerinə "Tornado" xüsusi təyinatlı dəstələri cəlb olunub. Ehtimal olunur ki, cəza müəssisəsinin işğal olunmuş bloklarlarında 227 məhbus saxlanılır.

Ekspert Aleks Kavendiş deyib ki, hadisəyə səbəb heyət çatışmazlığıdır. Həbsxanaya əlavə olaraq ən azı 47 işçiyə ehtiyac var. O bildirib ki, məhkumlar əsasən saxlanma şəraitinin qənaətbəxş olmaması, yeməklərin soyuq olması və bir neçə həftə ərzində yuyunmağa imkanın olmamasından şikayət edirlər.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm