Türkiyənin yeni raketləri ABŞ-ı QORXUYA SALDI
Bizi izləyin

Dünya

Türkiyənin yeni raketləri ABŞ-ı QORXUYA SALDI

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Cef Davis Türkiyənin Rusiyadan S-400 ballistik raket sistemi alma planlarından ölkəsinin narahatlıq keçirdiyini etiraf edib.

Publika.az xəbər verir ki, spiker bu sistemin NATO-nun istifadə etdiyi digər sursatlara uymayacağını deyib: “Fikrimizcə, müttəfiqlərin bir-birilə uyğunluq içində işləyə bilən avadanlıq alması yaxşı olardı. Birlikdə işlədiyimiz bütün ortaqlarımızın (NATO) ittifaqı inkişaf etdirmək üçün daha yaxşı avadanlıq almasını və buna investisiya yatırmasını istəyirik”.

Qeyd edək ki, təxminən 400 km uzağa düşə bilən S-400 ballistik raket müdafiə sistemi qurudan havaya doğru istqiamət ala bilir və düşmənin təyyarələrinin, haberlə digər hərbi obyektləreinin zərərsizləşdirilməsində istifadə olunur.

Hazırda NATO üzvləri arasında “S-400” sisteminə sahib hər hansı ölkə yoxdur.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm