Yanacaqdoldurma stansiyasında qorxunc olay - FOTOLAR
Bizi izləyin

Dünya

Yanacaqdoldurma stansiyasında qorxunc olay - FOTOLAR

Türkiyədə qəribə hadisə baş verib.

Publika.az xəbər verir ki, Adapazarı adlı bölgədə yerləşən yanacaqdoldurma stansiyalarından birində yaranan mübahisə ölümlə nəticələnib.

Yanacaqdoldurmaq üçün stansiyaya daxil olan 71 yaşlı İbrahim Təkin yanacaq bitdikdən sonra nasosu gec çıxartdığı və onu gecikdirdiyi üçün stansiya işçisi ilə mübahisə edib.

Mübahisə zəminində üz nahiyyəsinə ağır zərbə alan 71 yaşlı kişi huşunu itirib. Hadisə yerinə təcili tibbi yardım çağrılsa da, kişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yanacaqdoldurma stansiyasının təhlükəsizlik kameralarına düşüb. Faktla bağlı cinayət işi açılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm