Tereza Mey niyə diz çökdü? - FOTOLAR
Bizi izləyin

Dünya

Tereza Mey niyə diz çökdü? - FOTOLAR

Britaniyanın Kraliyyət ailəsi Pasşendal müharibəsində həlak olan ingilis və alman əsgərlərinin Belçikada yerləşən məzarlarını ziyarət edib.

Publika.az xəbər verir ki, İngiltərənin Baş naziri Tereza Mey də ziyarətdə iştirak edib. O, Şahzadə Çarlz, Şotlandiya Şahzadəsi Vilyam və onun həyat yoldaşı Keyt Midelton ilə görüşərkən qarşılarında diz çöküb.

Baş nazirin bu jestinin əslində çox qədim tarixi vardır. Belə ki, Böyük Britaniya İmperatorluğu dövründən qalmış ənənəyə görə, kraliçanın diz bağı nişanına layiq gördüyü şəxslər kraliyyət ailəsinin önündə diz çökməlidir.

İngiltərə xalqının verdiyi səslərlə iqtidara gələn Tereza Meyin kral ailəsinin qarşısında diz çökməsi “simvolik olan kraliyyətmi, yoxsa demokratiyamı” sualını gündəmə gətirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm