“Taxt oyunları”nın ssenarisi oğurlandı: İnternetdə yayacaqlar
Bizi izləyin

Dünya

“Taxt oyunları”nın ssenarisi oğurlandı: İnternetdə yayacaqlar

Bir qrup haker ABŞ-ın televiziya şirkəti HBO-nun sisteminə daxil olaraq “Taxt oyunları” serialının hələ yayımlanmamış bölümünün ssenarisini ələ keçirib.

Publika.az xəbər verir ki, bu haqda qrup üzvləri “Həftəlik əyləncə” jurnalına elektron məktub yazaraq məlumat verib.

Onlar məktubda şirkətə aid 1.5 terabayt həcmində məlumat oğurladıqlarını qeyd ediblər. Ələ keçirilən sənədlər arasında dünyaca məşhur “Taxt oyunları” serialının bazar günü yayıma veriləcək 7-ci mövsüm, 4-cü bölümünün ssenarisi də olub.

Qrup, əlavə olaraq, “Ballerlər” və “Otaq 104” adlı serialların yayımlanmamış bölümlərini internetdə yerləşdirib və yaxında daha çox materialın yayımlanacağını elan edib.

HBO şirkətindən verilən açıqlamada sistemin heklənməsi iddiası təsdiq edilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm