Adam polisin itini dişlədi - VİDEO
Bizi izləyin

Dünya

Adam polisin itini dişlədi - VİDEO

Universitet mühazirələrində tez-tez təkrarlanan “bir it adamı dişləyərsə, xəbər olmaz, ancaq bir adam iti dişləyərsə, xəbər olar” deyimi İngiltərədə gerçək olub.

Publika.az xəbər verir ki, polisin axtarışa verdiyi bir şəxs Teo adlı polis itini başından dişləyərək yaralayıb.

Hadisə İngiltərənin Mançester şəhərində baş verib.

Qaret Qreyv adlı polis işçisi həm bəslədiyi, həm də iş zamanı köməyindən istifadə etdiyi iti Teo ilə birlikdə axtarışda olan bir cinayətkarın izinə düşüb.

Teo qaçmağa çalışan cinayətkarın önünü kəsib və ona əngəl olub. Cinayətkar əvvəlcə Qaret ilə əlbəyaxa olub. Daha sonra Teo da davaya müdaxilə edib və cinayətkarla 7 dəqiqə boğuşmalı olub.

Bu anda polislə dalaşan başqa bir nəfər cinaykara itin qulağını dişləməsini deyib. Cinayətkar dərhal itin başından dişləyib, sonra isə onu təpiklə vurub.

Hadisəyə yerinə gələn digər polis əməkdaşları hər iki cinayətkarı həbs edərək bölməyə aparıb.

Bu hadisədən sonra açıqlama verən polis Qaret vəzifəsini yerinə yetirərkən yaralanan heyvanlar haqqında qanun layihəsi hazırlanmasını istəyib. Çünki cinayətkara Teoya işgəncə etməsi və onu yaralamasına dair hər hansı cəza verilməyib.

Qaret hazırda müalicəsi davam edən Teonun səhhətinin yaxşılaşdığını bildirib:

“Teo da mənimlə birlikdə işə qayıtdı. O, daha əvvəl də bir cinayətkarın hücumuna məruz qalmışdı. Teo xalq üçün bir polis iti ola bilər, ancaq o bizim üçün ailə üzvümüz qədər dəyərlidir. Çox insan polis itlərinin iş bitdikdən sonra onlarla birgə evə getiyini bilmir”.

Qaret çox sevdiyi iti haqqında uşaqlar üçün bir kitab nəşr etdirib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm