Avtobus qəzasında 34 nəfər öldü
Bizi izləyin

Dünya

Avtobus qəzasında 34 nəfər öldü

Madaqaskarın mərkəzi hissəsində baş verən avtobus qəzası nəticəsində həlak olanların sayı 34 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə France Press agentliyi polisə və tibb işçilərinə istinadla məlumat yayıb. Polisin məlumatına görə, hadisə yerində 12 nəfərin yanmış cəsədi aşkarlanıb. Xəstəxana işçiləri isə öz növbəsində 22 nəfərin öldüyünü təsdiqləyiblər. Yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, avtobusun sürücüsü sağ qalıb. (Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm