Elə bir orqanını böyütmək istədi ki...
Bizi izləyin

Dünya

Elə bir orqanını böyütmək istədi ki...

2 saat içərisində həyatını itirib.

30 yaşlı İsveçrə vətəndaşı cinsi orqanını böyütmək üçün əməliyyata girib.

Publika.az "Daily Mail"-a istinadən xəbər verir ki, heç bir sağlamlıq problemi olmayan adam əməliyyatın bütün risklərini nəzərə alaraq razılıq verib.

Stokholmda gerçəkləşən əməliyyatda 30 yaşlı kişinin qarın nahiyəsindən alınan yağlar cinsiyyət orqanına yeridilib. Əməliyyat zamanı xəstənin halı qəflətən dəyişib və 2 saat içərisində həyatını itirib.

Həkimlərin bütün səylərinə baxmayaraq, yağ toxumaları adamın qan dövranına qarışaraq damarlarını tutub. Ağciyərləri sıradan çıxan adamın tənəffüs sistemi pozulub və dünyasını dəyişib.

Hesabatda cinsi orqan uzatma və böyütmə əməliyyatlarının olduqca sadə və təhlükəsiz əməliyyatlar olduğu, lakin iki prosedurun birlikdə ciddi ağırlaşmalara səbəb ola biləcəyi qeyd olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm