Somalidə terror: 17 yaralı
Bizi izləyin

Dünya

Somalidə terror: 17 yaralı

Somalinin Kismayo şəhərində terrorçu kamikadzenin hücumu nəticəsində azı 17 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat verib.

Cubalend muxtar təhsilinin nümayəndəsi Hassan Aden Məhəmməd hadisə haqqında xəbəri təsdiq edib. Onun sözlərinə görə, hücumun hədəfi restorandakı mülki sakinlər olub.

"Terrorçu kamikadze restorana girərək özünü partladıb. Hücum nəticəsində 17 nəfər xəsarət alıb. Hazırda biz xilasetmə əməliyyatı keçiririk. Təhlükəsizlik qüvvələri vəziyyəti qiymətləndirir" – deyə Məhəmməd agentliyə bildirib.

Agentlik müstəqil mənbəyə istinadən hadisə yerində iki cəsədin tapıldığını bildirib. Qeyd edilir ki, xəsarət alanların çoxu dinc sakinlərdir.

Regiondakı heç bir qruplaşma hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm