BMT ABŞ-ın əksinə getdi: Əsədə 18 milyonluq DƏSTƏK
Bizi izləyin

Dünya

BMT ABŞ-ın əksinə getdi: Əsədə 18 milyonluq DƏSTƏK

Birləşmiş Millətlər Təşkilatı Suriyada qətliamlar həyata keçirən Əsəd rejimini dəfələrlə qınamasına baxmayaraq, bu rejimlə əlaqədə olan şirkətlərə 18 milyon dollar civarında ödəmələr edib.

Publika.az xəbər verir ki, pul verilən şəxslər arasında Bəşər Əsədin şirkətləri və ABŞ-ın qara siyahısında olan adlar da var.

Ələ keçirilimiş 2016-ci ilə aid sənədlərdə Birləşmiş Millətlər personalının qaldığı və Suriya Turizm Nazirliyi ilə ortaqlığı olan “Dörd fəsil” (Four Seasons) hotelinə 9.5 milyon dollarlıq ödəmə edildiyi göstərilib. Məbləğin qalan hissəsini isə Əsma Əsəd “xeyriyyə” məqsədilə xərcləyib.

Maddi yardım göstərilən şəxslərdən biri də Bəşər Əsədin əmisi oğlu Rami Maklufdur. Suriyaya telekommunikasiya və təhlükəsizliyin bərpası adı altında göndərilən bütün pullar onun hesabına köçürülürmüş.

Birləşmiş Millətlərdən məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, Suriya kimi müharibə şəraitində yaşayan ölkələrdə seçim şansı az olduğu üçün həmin hoteldə qalıblar. BMT-nin sözçüsü Stefan Ducarrik ödəmə ilə bağlı olaraq verdiyi açıqlamada isə Şam şəhərində təhlükəsizlik baxımından uyğun olan tək yerin “Dörd fəsil” hoteli olduğunu qeyd edib.

Suriyanın ən varlı adamlarından biri olan Rami Makluf isə ABŞ-ın qara siyahısına liderlik edən adlardan biridir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm