QANDONDURAN HADİSƏ: qardaşı oğlunu öldürdü, tikə-tikə doğradı, qızını isə... - FOTO/VİDEO
Bizi izləyin

Dünya

QANDONDURAN HADİSƏ: qardaşı oğlunu öldürdü, tikə-tikə doğradı, qızını isə... - FOTO/VİDEO

Ankarada qandonduran cinayət hadisəsinin təfərrüatları üzə çıxıb. 1 il ailənin yanında yaşayan 43 yaşlı Y.Sami törətdiyi cinayətdən peşman olmadığını deyib.

Publika.az xəbər verir ki, cinayətin üstünü öldürülən 36 yaşlı Ö.Süleymanın həyat yoldaşı Ö.Aynur açıb. O, həyat yoldaşının ayaqlarını meşə kənarında tapıb və onu ayqqabılarından tanıyıb. Hadisəni dərhal polisə xəbər verib. Şikayət üzərinə ərazidə axtarış aparan polis əməkdaşları 36 yaşlı Süleymanın qollarını, bir az aralıda isə qutu içərisində kəsilmiş başını tapıblar.

Qadının sözlərinə görə, cinayəti törətdikdən sonra Y.Sami evlərinə gələrək onlara təsəlli verməyə çalışıb.

Y.Saminin qızı 25 yaşlı Y.Elif atasının hərəkərlərindən utandığını bildirib: "Onun qızı olduğum üçün utanıram. O, içki və qadın düşkünüdür. Bir dəfə bacımı tanımadığımız bir kişiyə satmaq istəyirdi. Əvvəllər də xuliqanlı maddələri ilə cəza çəkib. Ədalət naminə ən ağır cəza nədirsə onu tələb edirəm".

Faktla bağlı istintaq açılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm