ABŞ-da Çin səfirliyinə silahlı basqın edildi
Bizi izləyin

Dünya

ABŞ-da Çin səfirliyinə silahlı basqın edildi

Amerika Birləşmiş Ştatlarının Los Anceles şəhərində yerləşən Çin səfirliyinə silahlı basqın edilib.

Publika.az xəbər verir ki, asiyalı görkəmində olan 60 yaşlı bir şəxs səfirliyin binasına odlu silahla 17 dəfə atəş açıb. Daha sonra isə hadisə yerində intihar edib.

Los Anceles Təhlükəsizlik Müdirliyindən verilən açıqlamaya görə, səfirlikdəki işçilərdən xəsarət alan olmayıb. Çünki basqın iş vaxtının başlamasından əvvəl həyata keçirilib.

Çin səfirliyi bu hadisədən sonra ABŞ-ın səlahiyyətli şəxslərindən binanın və binada işləyən diplomatların təhlükəsizliyini təmin etməsini tələb edib.

ABŞ polisi hələ ki, basqınçının şəxsiyyətini təsbit edə bilməyib.

Qeyd edək ki, bu basqın Çinin ABŞ-dakı səfirliyinə qarşı həyata keçirilən ilk belə hadisə deyil.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm