• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Oteldə dəhşət: "İranlı turisti əvvəl döydülər sonra..." - FOTOLAR

  • Dünya
  • 2 Avqust 2017 12:29
  • 4 770 Baxış
Oteldə dəhşət: "İranlı turisti əvvəl döydülər sonra..." - FOTOLAR

Antalyada dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, 5 ulduzlu otelin 8-ci mərtəbəsində güclü yanğın olub. Hadisə yerinə gələn yanğın söndürmə idarəsinin əməkdaşları yanan otaqda insan olduğunu bildiriblər.

Əslən İrandan olan J.P adlı turist dərhal xəstəxanaya aparılıb. Turistin bədənində zərbə izləri və müxtəlif dərəcəli yanıqların olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma başladan Antalya polisi turistlə eyni otaqda qalan N.A adlı vətəndaşını ifadəsini alıb. O, otaq yoldaşının sevgilisi ilə mübahisə etdiyini və mübahisə zəminində M.T-nin J.P-yə spirt şüşəsi ilə zərbə endirdiyini daha sonra isə otağı yandırıb hadisə yerindən qaçdığını bildirib.

Ziddiyyətli ifadələri və bədənində xəsarətlər olan N. A. və M.T. polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəstəxanadan J.P-nin vəziyyətinin ağır olduğu bildirilib.

Könül Cəfərli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR