Hizbullah Trampı "cahil" adlandırdı
Bizi izləyin

Dünya

Hizbullah Trampı "cahil" adlandırdı

ABŞ prezidenti Donald Trampın Livan prezidenti Səad Hariri ilə keçirdiyi görüşdə işlətdiyi sözlər qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, prezident Livanda hökumət ortağı olan Hizbullahın adını İŞİD və Əl-Qaidə terror təşkilatları ilə birlikdə çəkib.

Qeyd edək ki, bir müddət öncə Arsel bölgəsində İŞİD və Nüsra terror təşkilatlarına qarşı Livan ordusu ilə birlikdə cəbhə açan Hizbullah hərəkatının Hariri hökumətində iki naziri və Livan parlamentində 12 millət vəkili var.

Donald Tramp isə görüşdə “Livan İŞİD, Nüsra və Hizbullah terroruna qarşı ön cəbhələrdən biridir” cümləsini işlədib. Bu sözlərdən hiddətlənən Hizbullah nümayəndələri jurnalistləri bir araya toplayaraq, Hizbullah hərəkatının ABŞ-ın terrora qarşı gördüyü işlərdən daha çox iş gördüyünü deyib.

Nüsra təşkilatından geri alınan bir mağaranın qarşısında jurnalistlərə müsahibə verən Hizbullah sözçüsü Məhəmməd Arif Donald Trampı cahil adlandırıb:

“Amerikanın hazırki prezidenti bölgə haqqında bilgisizdir. ABŞ bir çox yoldan terrorçulara dəstək verərkən, biz terror qarşı savaşan qüvvə idik”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm