Nəsli kəsilməkdə olan balinanı tikə-tikə etdilər - FOTOLAR
Bizi izləyin

Dünya

Nəsli kəsilməkdə olan balinanı tikə-tikə etdilər - FOTOLAR

Alyaskada nəsli tükənməkdə olan boz balinanın əhali tərəfindən vəhşicəsinə öldürülməsi medianın diqqətini çəkib.

Publika.az xəbər verir ki, Alyaskanın Napaskikak bölgəsində yerləşən Kuskokvim çayından nəhəng boz balina ovlanıb. Dərisi üzülmüş və doğranmış heyvanın əslində yağ üçün ovlandığı bildirilib.

Yerli xalq katerlərlə tez-tez balina ovuna çıxır və tutduqları balinaları doğrayaraq əhali arasında bölüşdürülər.

Hadisə ilə bağlı istintaq başladılıb. Polislər nəsli tükənmək üzrə olan heyvanların sırasında yer alan boz balinanın ovlanmasına qarşı ciddi tədbirlərin görüləcəyini bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm