ABŞ Türkiyəyə hücum üçün hərəkətə keçdi : işğal planına SÜRƏTLİ HAZIRLIQ
Bizi izləyin

Dünya

ABŞ Türkiyəyə hücum üçün hərəkətə keçdi : işğal planına SÜRƏTLİ HAZIRLIQ

“Türkiyəyə qarşı “ikinci dalğa” hücumunun hazırlıqları aparılır”.

Publika.az
xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül bugünkü yazısında qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin Suriya ilə sərhədində PKK/PYD üzərindən yeni cəbhə qurulur: “ABŞ-ın yüzlərlə TIR silahı PYD-yə verməsinin məqsədi təkcə Suriya ilə bağlı deyil. Şimali İraqdan Aralıq dənizinə qədər xəritə çəkilir və bütün bu bölgə Türkiyəni, eləcə də bu coğrafiyanı parça-parça edəcək qarnizona çevirirlər”.

İ.Karagül hesab edir ki, PKK/PYD-yə verilən silahlar Türkiyəyə qarşı yeni cəbhənin açılması məqsədi daşıyır.

“Suriyanın xəritəsini istədikləri şəkildə quran kimi, Türkiyəyə hücum ediləcək. Buna görə də ABŞ Türkiyənin cənubunda PYD-yə silah verməyi davam etdirəcək. Bu layihəni həyata keçirənlər də, FETÖ üzərindən Türkiyəyə hücum edənlər də eyni güclərdir. 15 iyulda FETÖ-nü üstümüzə salan ABŞ və ortaqları bu səfər hücumu cənubdan, Suriyanın şimalından edəcək. “İkinci 15 iyul planı” budur”, - deyə türkiyəli yazar diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm