Yüksək Hərbi Şuranın toplantısı başladı
Bizi izləyin

Dünya

Yüksək Hərbi Şuranın toplantısı başladı

Türkiyədə Yüksək Hərbi Şura (YAŞ) baş nazir Binəli Yıldırıın rəhbərliyilə bu gün Çankaya köşkündə toplanıb.

Publika.az
xəbər verir ki, bütün Türkiyənin diqqəti bu toplantıdadır.

Ötən il baş verən dövlət çevrilişinə cəhddən sonra YAŞ-ın tərkibində ciddi dəyişiklik edilib. Belə ki, əvvəllər 14 hərbiçi 2 sivildən ibarət olan şuranın tərkibi 15 iyul hadisələrindən sonra 4 hərbiçi 10 sivil olmaqla dəyişdirildi.

Məlumata görə, toplantıya baş nazir Binəli Yıldırım, baş qərargah rəisi, general Hulisi Akar, baş nazirin köməkçiləri Bekir Bozdağ, Mehmet Şimşek, Fikri İşık, Recep Akdağ və Hakan Çavuşoğlu, ədliyyə naziri Abdülhamit Gül, xarici işlər naziri Mövlud Çavuşoğlu, quru qüvvələrin komandanı, general Salih Zeki Çolak, dəniz qüvvələrinin komandanı, general Bülent Bostanoğlu və hava qüvvələrinin komandanı, general Abidin Ünal qatılacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm