Ukrayna Rusiyanı məhkəməyə verəcək
Bizi izləyin

Dünya

Ukrayna Rusiyanı məhkəməyə verəcək

Rusiya Kerç boğazındakı körpünün inşası ilə bağlı Ukrayna gəmilərinin hərəkətini məhdudlaşdırıb.

Publika.az xəbər verir ki, Ukrayna bu səbəbdən Rusiyanı məhkəməyə verməyə hazırlaşır.

Bu barədə Ukraynanın infrastruktur nazirinin köməkçisi Yuri Lavrenyuk açıqlama verib:

“Hazırda məhkəmə prosesi üçün hazırlıqlar gedir. “Mariupol” və “Beryadinsk” ticarət limanlarının uğradığı zərərin miqdarı hesablanır”.

Rusiyanın nəqliyyat naziri Maksim Şoloxov verdiyi açıqlamada körpü üçün lazım olan böyük ölçülü ləvazimatların daşınması və inşası üçün gəmilərin hərəkət cədvəlinin minimum səviyyədə məhdudlaşdırılacağını demişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm