Əfqan qadınlar soruşur: “Adım hardadır?”
Bizi izləyin

Dünya

Əfqan qadınlar soruşur: “Adım hardadır?”

Əfqanıstanda ictimai yerlərdə qadınların adını dilə gətirmək qadağandır.

Publika.az xəbər verir ki, ictimai yerlərdə əfqan qadınının sadəcə ana, qız, bacı və ailədəki ən böyük kişinin bacısı olaraq adı çəkilə bilər.

Bu ölkədə qadınların adını çəkmək təkcə etik baxımdan uyğunsuz qəbul edilmir, həm də təhqir kimi başa düşülür.

Vəziyyət o qədər ciddi həddə çatıb ki, doğulan uşaqların sənədlərinə belə ana adı yazılmır.

#MƏNİMADIMHARADADIR

Əfqanıstanda bütün bu qadağalara sadəcə qadın haqlarını müdafiə edən aktivistlər qarşı çıxmağa cəhd edib. Onlar sosial mediada bir hərakata start verərək, #mənimadımharadadır haştağı altında kampaniya təşkil edib.

Kampaniyanın yaradıcılarından olan Sofiya Mohseni Əfqanıstanda qadınların adını tabu olmaqdan çıxarmaq istədiklərini deyib.

Aktivistlərdən biri qadınların əksəriyyətinin bu duruma səssiz qaldığını və baş qaldırmağa cəhd göstərmədiyini deyib.

Paytaxt Kabildə yaşayan Necla adlı aktivist isə əfqan qadınların əksinə kampaniyada fəal şəkildə iştirak edir:

“Əvvəlki nəsillərdən bu batil ənənəni miras aldıq. Həyat yoldaşlarının adını tələffüz etməkdən utanan kişilər belə niyə bunu etdiklərini bilmirlər. Sadəcə daha yaşlı insanlardan belə öyrəndikləri üçün tabuya boyun əyirlər”.

ADSIZ MƏZARLAR

Əfqan qadınlar sosial mediada sürətlə yayılan kampaniyaya qoşulma səbəblərini dilə gətiriblər.

Kabil şəhərindən Təhminə:

“Mən birinin anası, bacısı, qızı, ya da həyat yoldaşı olmaqla yanaşı, həm də bir qadınam və bir insanam. Adımla çağırılmaq istəyirəm. Məktəbdə, evdə, marketdə, başqa birinin adıyla çağırılmaqdan yoruldum. Bu mənə həqiqətən də, acı verir”.

Herat şəhərindən Talaya:

“Bir qadının cənazəsində belə onun adı keçmir, məzar daşlarına adları yazılmır, ölümlərindən sonra belə kimlikləri bəlli olmur. Bu savaşda sadəcə qadınlar deyil, kişilər də bu tabudan əziyyət çəkən qadınların yanında olmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm