ABŞ-ın maliyyələşdirdiyi döyüşçülər Suriya ordusuna təslim oldu
Bizi izləyin

Dünya

ABŞ-ın maliyyələşdirdiyi döyüşçülər Suriya ordusuna təslim oldu

Amerika Birləşmiş Ştatlarının maliyyələşdirdiyi “İnqilabçı Komandalar Ordusu” adlı qrupun onlarla döyüşçüsü silahlarını buraxaraq, könüllü şəkildə Suriya ordusuna təslim olub.

Publika.az xəbər verir ki, təslim olan döyüşçülər ordu ilə savaşmaq istəmədiklərini və İnqilabçı Komandalar Ordusuna pul qazanmaq üçün qatıldıqlarını deyiblər.

Qeyd edək ki, Suriyada dəyişən balanslara daxil olmağa çalışan ABŞ bu məqsədlə hələ 2016-cı ildə İordaniya sərhədində yerləşən Müxalif Suriya Ordusunun adını dəyişdirərək “İnqilabçı Komandalar Ordusu” qoymuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm