“Taliban”ın hücumu nəticəsində iki ABŞ hərbçisi öldü
Bizi izləyin

Dünya

“Taliban”ın hücumu nəticəsində iki ABŞ hərbçisi öldü

Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” hərəkatının silahlıları NATO qüvvələrinin konvoyuna hücum edib. Nəticədə iki ABŞ hərbçisi həlak olub.

Publika.az xəbər verir ki, bunu Pentaqonun rəsmi nümayəndəsi Ceff Devis bəyan edib.

Pentaqon rəsmisi insidentin təfərrüatlarını açıqlamayıb.

Reuters agentliyinin məlumatına əsasən, sükan arxasında olan terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Terror aktına görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm