Trampdan miqrantlarla bağlı YENİ ADDIM
Bizi izləyin

Dünya

Trampdan miqrantlarla bağlı YENİ ADDIM

Respublikaçı senatorlar tərəfindən miqrantlara "yaşıl kart"ın (Green Card) verilməsinə dair məhdudiyyətlərə əlavələr edilib.

Publika.az xəbər verir ki, yeni qanun layihəsi prezident Donald Tramp tərəfindən dəstəklənib. Onun sözlərinə görə, prezidentliyə namizədliyini verməzdən öncə bu layihə barəsində düşünüb: "Son illər ölkəyə axın edən miqrantların əksəriyyəti ixtisassız və orta təhsillidir. Bu qanun layihəsi köhnə qaydaları əvəzləyərək yeni sistem gətirəcək. Artıq müsabiqə çərçivəsində ingilis dilini bilənlərə, özlərini və ailələrini təmin edə biləcək bacarığa sahib olan miqrantlara üstünlük veriləcək. Bununla onlar həm də ölkə iqtisadiyyatına faydalı olacaqlar".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm