ABŞ vətəndaşlarını bu ölkədən geri çağırdı
Bizi izləyin

Dünya

ABŞ vətəndaşlarını bu ölkədən geri çağırdı

Amerika Birləşmiş Ştatları Şimali Koreyada yaşayan vətəndaşlarını ölkələrinə geri çağırıb.

Publika.az xəbər verir ki, ABŞ bu çağırışı 1 sentyabr tarixindən qüvvəyə minəcək Şimali Koreyaya səyahət qadağası məqsədilə edib.

Xarici İşlər Nazirliyi bu haqda prezident Donald Trampın yeni səyahət qaydaları ilə bağlı xəbərdarlığını yayımlayıb.

Xəbərdarlıqda bildirilir ki, həmin tarixdən etibarən sadəcə çox məhdud şərtlər altında veriləcək özəl icazələrlə Amerika vətəndaşlarının Şimali Koreyaya giriş-çıxışları həyata keçiriləcək.

Şimali Koreyaya ABŞ pasportu ilə səyahət etmək istəyən şəxslər aldıqları özəl icazəni pasportlarına qeyd etdirməlidir.

Yeni səyahət qaydaları jurnalistlərə, humanitar yardım işçilərinə və ölkəyə girişi milli gəlirlərə fayda verəcək şəxslərə tətbiq edilməyəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm