Məzarlığın üstündə məscid tikirmişlər - FOTOLAR
Bizi izləyin

Dünya

Məzarlığın üstündə məscid tikirmişlər - FOTOLAR

Türkiyənin Sakarya bölgəsində məscid inşaatı zamanı ortaya çıxan qalıqlar görənləri təəccübləndirib.

Publika.az xəbər verir ki, Sakaryanın Pamukova rayonunda tikintisi davam edən İmam-Əzam məscidi ərazisində Roma dövrünə aid olduğu ehtimal edilən qəbirlər tapılıb.

Hadisə ilə bağlı Sakarya Muzey İdarəsinə məlumat verilib. İdarədən gələn vəzifəli şəxslər ərazidə tikinti işlərini dayandırıb. Arxeoloqların axtarışları zamanı ərazidə kəsmə və yığma daşlardan düzəldilmiş otaq şəklində məzarın olduğu müəyyən edilib.

Təxminən 60 kvadrat metr sahəni əhatə edən otaqda bir neçə insan məzarları aşkar edilib.

Məzarlıqdan çıxan torpağı incələyən mütəxəssislər insan sümükləri ilə yanaşı, ərazidə tarixi əsər qalıqlarının ola biləcəyini də bildirib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm