Abxaziyada partlayış: Faytonda gəzən 2 rus həlak oldu
Bizi izləyin

Dünya

Abxaziyada partlayış: Faytonda gəzən 2 rus həlak oldu

Abxaziyanın Qudatskiy bölgəsində yerləşən bir hərbi bazanın deposunda partlayış hadisəsi meydana gəlib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 60 nəfər yaralanıb.

Həlak olanların rus vətəndaşı olduğu və bölgəyə turist kimi gəldiyi bildirilib.

Hadisə barədə açıqlama verən Fövqəladə Hallar Nazirliyinin sözçüsü Mizan Lomiya bölgədə faytonla gəzintiyə çıxan 3 turistin axtarışlarının aparıldığını və 2-nin cəsədinin tapıldığını bəyan edib. 1 nəfərin isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Rusiyanın Abxaziyadakı səfirliyi vətəndaşların ölüm xəbərlərini təsdiq edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm