ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hekləndi: Bütün gizli məlumatlar üzə çıxdı
Bizi izləyin

Dünya

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi hekləndi: Bütün gizli məlumatlar üzə çıxdı

Beynəlxalq VikiLiks saytı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) aid “Kassa dairəsi 7” sənədləri çərçivəsində ifşalar etməyə davam edir.

Publika.az xəbər verir ki, sayt son olaraq MKİ-nin kompüterlərdəki kamera və mikrofonlara nəzarət edən “Dumbo” proqramı haqqında məlumatları yayımlayıb.

Sözügedən proqram kompüterlərdəki mikrofon və kameraları izləyir, lazım olanda isə görüntüləri silərək dəlilləri yox edə bilir.

Saytın verdiyi məlumatlara görə, bu texnologiya MKİ-nin daxilindəki bir Kəşfiyyat Mərkəzində istifadə olunması üçün qurulub.

Həmin proqram 32 bit Windows XP, Windows Vista və yeni Windows sistemlərində işləyir. Ancaq 64 bit Windows XP və XP-dən qabaq çıxan proqramlarda işləmir.

MKİ bu proqramı əməliyyatları əngəlləmək, yaxud da agentlərin kimliyini ortaya çıxara biləcək təhlükəsizlik sistemlərini dövriyyə xaricinə çıxara bilmək məqsədilə istifadə edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm