İran Ermənistanla yeni gömrük müqaviləsini ratifikasiya etdi
Bizi izləyin

Dünya

İran Ermənistanla yeni gömrük müqaviləsini ratifikasiya etdi

İran və Ermənistan arasında Gömrük Əməkdaşlıq müqaviləsi İran Parlamenti tərəfindən təsdiq edilib.

Publika.az bu barədə news.am-a istinadən xəbər verir.

Müqavilənin ratifikasiyası barədə məlumatı iranlı millət vəkili Zahra Saey təsdiq edib.

Sazişdə Norduz sərhədi ilə bağlı müddəlar da var. Millət vəkili qeyd edib ki, bu müqavilə İranın ticarət sektoruna müsbət təsir göstərəcək. Saziş sərhəd keçid məntəqələrində bəzi əməliyyatların ləğvini, gömrükdən keçidin daha asan və rahat şəkildə olmasını nəzərdə tutur.

Rəsmi məlumatlara görə, İran ötən il Ermənistana neft məhsullarını çıxmaq şərtilə 107 milyon dollarlıq mal göndərib, 443 milyon dollarlıq isə mal alıb.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm