Ermənistan 10 ölkəyə iqtisadi nümayəndə göndərir - SƏBƏBİ...
Bizi izləyin

Dünya

Ermənistan 10 ölkəyə iqtisadi nümayəndə göndərir - SƏBƏBİ...

“Ticarət nümayəndəsi və iqtisadçılar Ermənistanın bütün diplomatik nümayəndəliklərində yoxdur. Digər ölkələrlə iqtisadi əlaqələrin qurulması üçün konsulluq və diplomatik nümayəndəliklərin işi daha koordinasiyalı olacaq”.

Publika.az “Sputnik”in Ermənistan nümayəndəliyinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan İqtisadi İnkişaf nazirinin birinci müavini Qaregin Melkonyan deyib. Onun sözlərinə görə, artıq Ermənistan hökuməti iqtisadi diplomatiyanın inkişafı üçün 10 prioritet ölkənin siyahısını təsdiq edib. Ölkələr bunlardır: Rusiya, ABŞ, Çin, İran, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, Almaniya, İtaliya, Kanada, Livan, Benilüks ölkələri (Belçika, Niderland, Lüksemburq).

Qərara əsasən, səfirliklər aşağıdakı işləri görəcək:

- Siyahıdakı ölkələrdə böyük erməni icmasının iştirakı;

- İnvestisiyaların cəlb olunması və ticarət dövriyyəsinin artırılması üçün potensial;

- bu ölkələrdə fəaliyyət göstərən Ermənistan şirkətləri ilə əməkdaşlıq.

Qeyd olunub ki, bu siyahı yekun deyil və gələcəkdə uzana bilər.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm