Sabiq prezident istintaqa cəlb olundu - RÜŞVƏTƏ GÖRƏ
Bizi izləyin

Dünya

Sabiq prezident istintaqa cəlb olundu - RÜŞVƏTƏ GÖRƏ

Fransanın sabiq prezidenti Nikolya Sarkozi FİFA-nın korrupsiya ilə bağlı aparılan istintaqına cəlb olunacaq. İstintaq Qətərin 2022-ci ildə dünya çempionatının keçirilməsi üçün müraciətinin qalib olması ilə bağlıdır.

İstintaqı aparan təhqiqatçılar materiallarla tanış olarkən Fransanın sabiq prezidenti Nikolya Sarkozinin də müəyyən qarşılıq müqabilində bu işdə əli olduğundan şübhələniblər.

Burada söhbət konkret razılaşmalardan gedir. Misal üçün, PSJ klubunun Qətərə satılması və ya kommunal xidmətlər göstərən Fransa firmasının Qatari Diar fondu tərəfindən alınması və s.

Müstəntiqlərin sözlərinə görə, Qətərin müraciətinin qalib olmasında rəsmi Paris aktiv şəkildə iştirak edib. Sarkozinin isə burada hansı rolu oynadığını bilmək üçün isə istintaqa cəlb olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm