Dünya
ABŞ Türkiyəyə hücum üçün B planını işə salır - XAİN SSENARİ
Türkiyənin “Haber7” saytının yazarı Taha Dağlı ABŞ-ın
İdlib planını araşdırıb.
Publika.az xəbər verir ki, türkiyəli yazar Vaşinqtonun
“kürd dəhlizi”ni Aralıq dənizinə birləşdirmək üçün Türkiyənin
“Fərat qalxanı” əməliyyatını sıradan çıxarmaq istədiyini qeyd
edib.
Amerikada ardarda İdliblə bağlı açıqlamalar gəldi. Əvvəlcə
Obamanın, indi də Trampın İŞİD-lə mübarizə üzrə xüsusi nümayəndəsi
Brett Mcgurk “Əl-Qaidə”nin İdlibdə təşkilatlandığını və Türkiyənin
buna dəstək verdiyini dedi. Ankara bu açıqlamaya sərt reaksiya
verdi. Bundan sonra Trampın Suriya üzrə xüsusi nümayəndəsi Mixael
Ratney Əl-Qaidə və Ən-Nüsrəyə bağlı qrupların İdlibdə hakimiyyət
quracaqları halda, ABŞ-ın hərbi müdaxilə edəcəyini bildirdi.
İdlib ABŞ üçün niyə önəmlidir?
Suriya üzrə nümayəndə olan yüksək vəzifəli iki amerikalı məmurun
İdliblə bağlı açıqlamaları sürpriz deyil.
ABŞ-ın lap əvvəldən əsas planı PKK-PYD terror təşkilatına Suriyanın
şimalında Türkiyə sərhədi boyunca dəhliz yaratmaq və Aralıq
dənizinə çıxarmaqdır. Türkiyə “Fərat qalxanı” əməliyyatı ilə bu
planın qarşısına ciddi maneə çıxardı. Azez-Cerablus xətti türk
ordusu tərəfindən təmizləndi və PYD-nin əlindəki Afrin və Kobani
bölgələrinin birləşdirilməsinin qarşısını aldı.
ABŞ-ın B planı
Bundan sonra ABŞ B planını işə saldı. Bu plana uyğun olaraq,
Azez-Cerablus xəttinin cənubundan yeni bir dəhliz açaraq, Afrinlə
PKK-PYD işğalında olan digər bölgələri birləşdirilir. Məhz B
planında İdlibin önəmi ortaya çıxdı. Hədəfdə İdlibin şimalını
PYD-yə vermək, Afrin-Kobani bağlantısını Azez-Cerablus və hətta
Əl-Babın cənub hissəsindən birləşdirməkdir.
Ssenari
ABŞ İdlibdə “Əl-Qaidə” terror təşkilatının olmasını əsas gətirərək,
hərbi müdaxilə edəcəklərinin siqnalını verir. Təbii ki, İdlibə
müdaxilə ediləcəksə, bunu ABŞ-ın adından PYD edəcək. Bu baxımdan,
yaxın zamanlarda “Əl-Qaidə” adından terror aktı törədiləcəyi
ehtimalı yüksəkdir. Yəni “Əl-Qaidə” hücum edəcək, ABŞ da bunu
bəhanə edib PYD-ni İdlibə daxil edəcək.
Asif
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...