Təyyarə qəzasında 3 nəfər öldü
Bizi izləyin

Dünya

Təyyarə qəzasında 3 nəfər öldü

İsveçrədə yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.

Trend-in məlumatına görə, həlak olanlardan ikisi yeniyetmə olub.

Qəza İsveçrənin cənub-şərqində, yerli aviasiya klubunun gənclər üçün fəaliyyət göstərən düşərgəsində baş verib.

Qeyd olunur ki, bu düşərgədə aviasiya həvəskarları üçün təlim uçuşları həyata keçirilir.

Qəzanın baş vermə səbəbləri və təfərrüatlar məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm