İNANILMAZ OLAY: hər şeyi oğurladı, yataq otağına girəndə isə...
Bizi izləyin

Dünya

İNANILMAZ OLAY: hər şeyi oğurladı, yataq otağına girəndə isə...

Narkotik aludəçisi olan gənc oğurluq etmək üçün girdiyi evin yataq otağında yatıb.

Publika.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.

İddiaya görə, gənc evin fasadından ikinci mərtəbədə yerləşən yataq otağına qalxıb. Kadir Y. adlı gənc otaqdakı çanta və paltonun ciblərini axtarıb. Bir müddət dəyərli əşya axtarandan sonra yataqda oturub. Oğurluğa gəlməmişdən əvvəl narkotik qəbul etdiyinə görə oradaca yatıb. Bu zaman digər otaqda yatan ev sahibi yataq otağından gələn səslərə oyanıb. Səs kəsiləndən sonra içəri girib və oğrunun yatağının üzərində uyuduğunu görüb. Ev sahibi A.Ç. hadisədən şok keçirdiyini deyib. Vaxt itirmədən polisə zəng edən ev sahibi daha sonra oğrunun cibindən uşaqlarının telefonlarını tapıb.

Evə gələn polislər şübhəlini bölməyə aparsalar da, narkotik təsirindən gənc bir gün sonra özünə gəlib. Məhkəmə qərarından sonra həbs edilən 20 yaşlı gəncin bundan əvvəl 17 dəfə oxşar səbəblərdən cəzalandırıldığı bildirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm