“Uzun müddət belə qalacaq” – Moskvadan bədbin PROQNOZ
Bizi izləyin

Dünya

“Uzun müddət belə qalacaq” – Moskvadan bədbin PROQNOZ

“Rusiya və ABŞ arasındakı münasibətləri “soyuq müharibə” kimi qiymətləndirmək olmaz, hərçənd problemlər var”.

Publika.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalında “Mətbuat konfransı” proqramının efirində Rusiyanın ABŞ-dakı sabiq səfiri Sergey Kislyak deyib.

“Bu hələ “soyuq müharibə” deyil. İdeoloji qarşıdurma yoxdur. Problem amerikalıların mütləq istisnalıq hissindədir. Rusiya-ABŞ münasibətlərində yaranmış vəziyyət beynəlxalq münasibətlər sistemində qlobal dəyişikliklərlə izah olunur və uzun müddət belə qalacaq. Hər şey kifayət qədər kompleksdir. Çünki dünya dəyişir. Vəziyyət elə dəyişir ki, amerikalılar dünyada hökmranlığın xüsusi imkanlarını itirirlər”, - Kislyak hesab edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm