Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür
Bizi izləyin

Dünya

Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür

Bu gün Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasından 72 il ötür.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, şəhərin “Sülh Parkında” toplaşan Xirosima sakinləri bombanın atıldığı vaxtda, saat 08:15-də (Bakı vaxtı ilə 03.15) bir dəqiqəlik sükutla bu hadisədə həlak olmuş insanların xatirəsini yad ediblər.

Qeyd edək ki, 1945-ci ilin avqustun 6-da ABŞ-ın “B-29” döyüş təyyarəsi Xirosima şəhərinin üzərinə 18 kiloton gücündə atom bombası atıb. Bomba partlayışı nəticəsində 140 mindən çox insan həlak olub, yüz minlərlə şəhər sakini yaralanıb. Naqasaki şəhərinə atom bombasının atılması nəticəsində isə 74 min sakin ölüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm