Jurnalisti işdən qovdular: ƏXLAQSIZ FOTOLAR yaydığına görə
Bizi izləyin

Dünya

Jurnalisti işdən qovdular: ƏXLAQSIZ FOTOLAR yaydığına görə

Fox News telekanalının aparıcısı Erik Bollinqi nalayiq hərəkətlərinə görə işdən çıxarıblar. Bu barədə telekanalın saytında bildirilir.

Publika.az xəbər verir ki, buna səbəb, Fox News-dan olan həmkarına, həmçinin Fox Business kanalının iki əməkdaşına öz cinsi orqanının şəkillərini göndərməsi olub.

Məlumatda qeyd olunur ki, telekanal hadisəni araşdırır. Bollinq Fox News-da 2007-ci ildən işləyirdi və "Fox News Specialists" və "Cashin`in" proqramlarının aparıcısı idi. Öz efirlərində o, ABŞ prezidenti Donald Trampı daim aktiv şəkildə dəstəkləyirdi.

Qeyd edək ki, apreldə Rusiya prezidenti Vladimir Putini təhqir etməsilə yadda qalan digər bir jurnalist Bill O`Reyli də Fox News-dan uzaqlaşdırılmışdı. O, seksual zorakılıqda ittiham olunurdu və qaldırılan ittihama görə, özü və kanal 5 qadına ümumilikdə 13 milyon dollar pul ödəməyə məcbur oldular. Şübhəli məqam bundan ibarətdir ki, bu qadınlar ya jurnalistin özünə işləyirdilər, ya da onun proqramında qonaq qismində çıxış edirdilər. Müstəntiqlər, işin jurnalist tərəfindən qurama olmasını istisna etmirlər.

Fox News ABŞ-ın ən böyük informasiya kanallarından biridir və Respublikaçılar partiyasının dəstəkçisi kimi tanınır.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm