Avropaya MÜDHİŞ TERROR hücumları olacaq - ŞOK BƏYANAT
Bizi izləyin

Dünya

Avropaya MÜDHİŞ TERROR hücumları olacaq - ŞOK BƏYANAT

Kürd qoşunlarının əsir aldığı İŞİD terrorçusu sensasiya doğuracaq məlumatla çıxış edib.

Publika.az xəbər verir ki, İŞİD terrorçusu hal-hazırda Suriyada xüsusi cihadçı qruplaşmanın hazırlandığı “məxfi dəlik” haqda danışıb. Xüsusi təlim keçmiş yeni terrorçular Avropaya terror hücumları təşkil edəcəklər. Bu barədə bugün, 6 avqustda, The Times qəzeti yazır.

Onun sözlərinə görə, özək "Əl-Kxars Briqadası" adlanır. Proqrama əsasən terrorçulara qatılan avropalıları cəlb edirlər. Kurs 7 ay nəzərdə tutulub və bu müddət ərzində terrorçuluğun bütün məqamları aşılanır və onları ideoloji baxımdan tamamən asılı vəziyyətə salırlar.

"Məşqlərə başlayan iyirmi nəfərdən yalnız ən yaxşı beşi seçiləcək. Sonra onlar Avropaya qayıdacaq və orada terror aktları törədəcəklər", - deyə əsir terrorçu planı açıqlayıb. O, iki il ərzində yaraqlıların sıralarına təxminən 50-yə qədər insanın Böyük Britaniya, Fransa, Belçika və Almaniyadan, intiharçı düşərgədə hazırlıq proqramını keçmək üçün gəldiyini bildirib.

O əlavə edib ki, özək öz fəaliyyətini daim davam etdirir. 2015-ci il noyabrın 13-də Paris və 22 mart 2016-cı ildə Brüsseldə törədilən terrorlar məhz orada hazırlanıb. "Onlar həmçinin Livanda da terror aktları törətməyi planlaşdırırlar", - deyə əsir terrorçu davam edib.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm